Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Nuri Həmədani Qum Elmi hövzəsinin bir qrup tələbəsi ilə görüşdə bildirib: Allaha həmd olsun ki, bu günlərdə, hörmətli tələbələr xalqın yanındadır və belə də olmalıdır. Bizim vəzifəmiz məsələləri xalq üçün aydın şəkildə izah etməkdir. Sizin də qeyd etdiyiniz kimi, hörmətli xətiblər, o cümlədən cənab Nəzəri Münfərid, Kaşani və Rəfii kimi şəxslər ictimai çıxışları ilə xalqı ruhlandırır və mənəvi dayaq olurlar. Bəzi fəaliyyətlər nə tələbənin üzərinə düşən vəzifəyə uyğundur, nə də ictimai çıxışlar qədər təsirli olur, hətta bəzi hallarda əks nəticələrə səbəb olur və onlardan çəkinmək lazımdır.
O əlavə edib: Vurğulayıram ki, tələbələr gecələr bu proqramlarda və ictimai toplantılarda iştirak etdikləri kimi, gündüzlər də dərslərini davam etdirməli və elmi fəaliyyətlərini dayandırmamalıdırlar. Tarixdə də belə nümunələr var. Məsələn, Seyid Məhəmməd Mücahid və onunla birlikdə olan qırx müctəhidin iştirak etdiyi döyüşdə o cümlədən mərhum Nəraqi də onların arasında idi həmin meydanda belə elmi mübahisələr davam edirdi.
Ayətullah Nuri Həmədani daha sonra bildirib ki, diqqətli olun, düşmənin bütün səyi ixtilaf yaratmaqdır. Bunu insanlara çatdırın və düşmənin planını izah edin. Bu gün birliyi qorumaq vacibdir, ixtilaf yaratmaq isə haramdır.
O, çıxışının davamında vurğulayıb: Əgər fikir ayrılığı mövcuddursa belə, hazırkı şəraitdə hamı vilayəti-fəqih və İslam İnqilabının Ali Məqamlı Rəhbəri ətrafında birləşməli, cəbhədə olan silahlı qüvvələrə və xidmət göstərən məsul şəxslərə dəstək verməlidir.
Ayətullah Nuri Həmədani ölkədəki həssas vəziyyətə toxunaraq qeyd edib ki, bu gün belə şəraitdə ölkəni idarə etmək asan deyil və hökumət, eləcə də hörmətli prezident gecə-gündüz çalışırlar. Mən inanıram ki, əgər Allaha təvəkkül etsək, təxminən 50 ildir İrana zərbə vurmaq istəyən bu düşmənlər qarşısında qalib gələcəyik.
Son olaraq Ayətullah Nuri Həmədani, Həcc ziyarəti ilə bağlı verilən suala cavab olaraq bildirib: Ümumilikdə, əgər can təhlükəsi və ciddi qorxu mövcuddursa, Həcc üçün şəri istitaət (vacib şəraitin yarandığı hal) aradan qalxır.
Xəbərin sonu
Rəyiniz